Ford şirkəti «üçüncü səviyyə» adını almış avtopilot sisteminin tətbiqindən imtina etmişdir. Amerikalılar, təcili halda və ya elektronikanın əmri ilə insanın müdaxiləsi tələb edən sistemin faktiki olaraq faydasız olduğunu etiraf etmişdirlər.

Bloomberg agentliyinin verdiyi xəbərədə amerikan istehsalçısının diqqətini, 2020-ci ildən sonra işıq üzü görəcək tam avtopilot sistemi olan avtomobillərin istehsalı üzərində cəmlədiyini bildirilmişdir. Aydın olmuşdur ki, «üçüncü səviyyə» avtopilotların sınaqları zamanı sınaqçılar hər dəfə yuxuya gedirlərmiş. Şirkət xüsusi zummer və xəbərdaredici işıq siqnallarını, vibrasiya edən sükan və oturacaqları quraşdırmağa, hətta avtomobilə əlavə köməkçi də otuzdurmağa da cəhd etmişdilər. Lakin, istənilən halda sınaqçılar monoton hərəkət zamanı yuxuya getmişdirlər. «Bu insanlar baş verənlərə nəzarət edən xüsusi təlim keçmiş mühəndislərdir. Lakin, bu insanın təbiətidir. Siz avtomobilə daha çox etibar etdiyiniz zamanı elə gəlir ki, diqqətli nəzarət artıq gərək deyildir», - Ford şirkətinin yeni məhsulların hazırlanması üzrə başçısı Rac Nair bəyan etmişdir. 

Eyni nəticələrə Google korporasiyasında da gəlmişdirlər. Korporasiyaya məxsus olan və avtopilot sistemləri üzərində çalışan Waymo şirkətinin başçısı «üçüncü səviyyə» sistemi olan avtomobillərin buraxılmasından imtina etməyi təklif etmişdir.  

«Üçüncü səviyyəli»  avtopilot sistemi olan yarıavtonom avtomobillər sükan sisteminə, akselerator və əyləc pedallarına nəzarət edir və ətrafdakı vəziyyəti izləyirlər. Lakin, bir sıra vəziyyətlər insanın müdaxiləsini tələb edir ki, misal üçün, Audi, BMW və Mercedes-Benz  avtomobillərinin elektronikası 10 saniyə öncədən sürücünü xəbərdar edir. Nissan və Honda isə buna 30 saniyə vaxt verir. Bununla belə, ekspertlər təcili hal zamanı insanın reaksiya verməsi üçün vaxtın kifayət etmədiyini bildirirlər. 

«Biz nə beş, nə də on saniyəyə inanmırıq. Bu istənilən halda təhlükəlidir. Tədqiqatlar göstərir ki, sizin başqa işlə məşğul olduğunuz halda baş verənləri görüb, anlayıb və idarəetməni öz üzərinizə götürməniz üçün iki dəqiqə, hətta bir qədər artıq zaman tələb edilir. Az vaxt müddətində bunu etmək qeyri-mümkündür. Bu həqiqətən «üçüncü səviyyə» sistemlərini gərəksiz edir», - deyən Volvo şirkətinin başçısı Hakan Samuelson məsələyə aydınlıq gətirmişdir.