Hyundai şirkəti yeni nəsil Santa Fe krossoverinin ilk fotoşəkillərini dərc edərək, model haqqında məlumatı qismən açıqlayıb.

Cənubi Koreya bazarında krossover 2,0- və 2,2-litrlik dizel mühərrikləri və 2,0-litrlik benzin turbomühərriki ilə təlkif ediləcəkdir.  Güc aqreqatları səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdırlar. 

Bir müddət bundan əvvəl sketçləri dərc edilmiş yeni nəsil Santa Fe modeli Nexo krossoverinin üslubunda dizayna sahib olub. Buna misal olaraq ikimərtəbəli işıq texnikasını və “kaskad” formalı radiator barmaqlığını da göstərmək olar.

Yeni krossoverinin salonunun əsa xüsusiyyətləri multimedia sisteminin ayrıca displeyi olan üçsəviyyəli cihazlar paneli, havalandırma sisteminin deflektorlar bloku, həmçinin klimat-kontrol və məlumat-əyləncə sisteminin idarəetmə blokudur. 

Avtomobilin təchizatına smartfon vasitəsi ilə avtomobilin bir sıra sistemlərini idarə etmək, bortsisitemləri barədə məlumat almaq, naviqasiya sisteminə real vaxt rejimində nəzarət etmək imkanı verən BlueLink 2.0 sistemi də daxil edilib. Bundan başqa, avtomobil süni intellektin bazasında yaradılmış səs tanınması texnologiyasına da sahib olub. Bu texnologiya avtomobilə təbii nitqi daha tez və dəqiq anlamağa yardım edəcəkdir.

Hyundai Santa Fe modelinin yeni nəslinin avadanlıq siyahısına öndən qəzaları xəbərdar edən sistem, zolaqda saxlama funksiyası, sürücünün yorğunluq səviyyəsinə nəzarət sistemi, uzaq işıqların avtomatik idarə edilməsi və arxa cərgədə unudulan sərnişinlər barədə xəbərdarlıq edən Rear Occupant Alert sistemi daxil edilib. Yeni modelin kütləvi təqdimatı mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.