Mecum hərrac evinin saytında ilk Mustang modellərindən birinin satılması barədə elan yerləşdirilmişdir. 100002 VİN-nömrəsinə malik olan kupenin qiyməti 450 - 600 min ABŞ dolları təşkil edir. Hərrac bu ilin may ayında keçiriləcəkdir.

Hazırda avtomobil kolleksiyaçı və Ford Mustang avtomobilləri üzrə mütəxəssis olan Bob Frianın mülkiyyətindədir. Bob modelin tarixini konveyerdən çıxan ana qədər tədqiq edərək, onun 1965-ci ildə buraxılmış seriyaöncəsi nüsxələrdən biri olduğunu aşkar etmişdir. Bu seriyadan olan avtomobillərin ümumi tirajı 150 - 180 ədəd təşkil edir. Hərraca çıxarılmış avtomobil sərt dam örtüyü ilə buraxılmış ilk model olmuşdur. Birinci konveyerdən çıxmış və 100001 VİN-nömrəsinə malik olan kabriolet isə, Henri Ford adına muzeydə nümayiş etdirilir. Kupe bir müddət Ford diler mərkəzlərinin birində nümayiş avtomobili kimi xidmət etmiş, sonradan isə satılmışdır. Ümumilikdə, avtomobilin 13 sahibi olmuşdur. Qeyd etmək lazımdır ki, Ford şirkətinin 100 illik yubileyinin bayram edilməsi zamanı avtomobil Henri Ford muzeyində nümayiş etdirilmişdir. Fria Mustang modelinin orijinal vəziyyətə gətirilməsinə iki il vaxt sərf etmişdir.

Kupe 2.8-litrlik sıralı altı silindrli mühərik və üç pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt