Toyota şirkəti aprel ayında keçiriləcək Nyu-York avtosalonunda debüt edəcək yenilənmiş Sienna minivenini təqdim etmişdir. Model zahiri dəyişikliklərə məruz qalmış və bir sıra yeni opsiyaları əldə etmişdir.

Zahiri cəhətdən yenilənmiş miniven ön hissəsinin dizaynı ilə fərqlənir. 2018-ci ilin Sienna modeli yeni kapota, radiator barmaqlığına və ön bamperə sahib olmuşdur.

Arxadan yenilənmiş miniveni fənərlərin yeni quruluşu sayəsində tanımaq mümkündür. Eyni zamanda, minivenin rəng çeşidinə üç yeni boya əlavə edilmişdir. Yenilənmiş miniven standart olaraq çoxqatlı alın şüşəsi, təhlükəsizlik sistemiləri dəsti və sürücüyə yardım funksiyaları ilə təchiz edilir.

Bunlara misal olaraq, piyadaları aşkarlama funksiyasını, zolaqalara nəzarət və avtomatik uzaq işıqları sistemlərini göstərmək olar.

Əlavə ödənişlə miniveni naviqasiyası, Wi-Fi giriş nöqtəsi və JBL səs sistemi olan Entune 3.0 multimedia kompleksi ilə təchiz etmək olar. Bundan başqa, arxa sərnişinlərin sərəncamına 4.2-düymlük displeylər verilmiş, salonda quraşdırılmış USB-girişlərin sayı isə beşə yüksəldilmişdir.

Bununla belə, minivenin mühərrik çeşidində baş vermiş dəyişikliklər barədə məlumat verilməmişdir. Yenilənmədən əvvəlki variant 296 at qüvvəli 3.5-litrlik V6 mühərriki və səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təklif edilirdi. Yenilənmiş Toyota Sienna modelinin satışlarına bu ilin payızında başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt