Jaguar Land Rover şirkəti klassik avtomobillər üzrə ixtisaslaşmış ən iri mərkəzlərdən birinin açılışını həyata keçirmişdir. Koventridə tikilmiş Classic Works adını almış tikililər kompleksi sərgi salonunu, texniki xidmət sexini və yığma sexini özündə cəmləmişdir.

Eyni zamanda, bu kompleksdə 500 ədədlik avtomobil kolleksiyası da nümayiş etdirilir. Mərkəzin ümumi sahəsi 14 min kvadrat metr təşkil edir.

Burada klassik avtomobillərin satışı ilə yanaşı, onlara xidmət göstərilməsi üçün 54 yer də mövcuddur. Mərkəzin ərzaisində həmçinin klassik Jaguar və Land Rover avtomobillərinin istehsalı aparılır. Şirkət bu sahədəki fəaliyyətə üç il bundan öncə start vermişdir. Bundan başqa, mərkəzdə klassik avtomobillərin bərpası üçün şərait də yaradılmışdır. Misal üçün,  Jaguar XJ220 avtomobilləri xüsusi zonada bərpa edilirlər.

Britaniya istehsalçısı Classic Works mərkəzini Jaguar Land Rover Classic bölməsinin ürəyi və ruhu kimi xarakterizə etmişdir. İlkin olaraq mərkəzdə 80 nəfər çalışacaqdır. Bu ilin sonuna əməkdaşların sayını 120 nəfərə çatdırmaq nəzərdə tutulmuşdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt