Volkswagen şirkəti altıncı nəsil Polo hetçbekini rəsmi olaraq təqdim etmişdir. Yeni platformada hazırlanmış avtomobil bu modelin tarixində olan ən iri avtomobildir. Müasir Polo modeli rəqəmsal cihazlar paneli və işıqdiodlarından fənərlər də daxil olmaqla yeni elektronikaya sahib olmuşdur.

Hetçbek alman istehsalçısının MQB A0 modul platformasında yığılmışdır ki, bu platformadan artıq yeni nəsil Seat İbiza modelinin istehsalında istifadə edilir. Yeni Polo yalnız beş qapılı kuzovla təklif ediləcəkdir. Avtomobilin üç qapılı variantından aşağı tələbat ucbatından imtina edilmişdir. Altıncı nəsil Polo modelinin qabarit uzunluğu 4053 millimetr, eni - 1751 millimetr, hündürlüyü isə 1446 millimetrdir. Hetçbekin təkər bazasının uzunluğu 2564 millimetr təşkil edir. Beləliklə, yeni model sələfindən 81 millimetr uzun və 69 millimetr enlidir.

Avtomobilin təkər bazasının uzunluğu da 94 millimetr artmışdır. Eyni zamanda, Polo modelinin təkər izi öndə 62 millimetr, arxada isə 49 millimetr artmışdır. Baqaj bölümünün həcmi də 280 litrdən 351 litrə qədər artmışdır.

VW Polo GTI (qırmızı), R-Line (narıncı) və Beats (ağ)

Volkswagen Polo modeli dörd benzin və bir dizel mühərriki ilə təklif ediləcəkdir. Benzin mühərriklərinin siyahısını 65 və 75 at qüvvəsi gücü olan 1,0-litrlik üç silindrli atmosfer mühərriki açır. Bu mühərrikin turbovariantı 95 və 115 at qüvvəsi hasil edir. Bundan başqa, 150 at qüvvəli 1,5-litrlik və «qaynar» GTI modifikasiyası üçün nəzərdə tutulmuş 200 at qüvvəli 2,0-litrlik dörd silindrli mühərriklər də mövcuddur. 1,6-litrlik dizel mühərriki də iki güc variandında təklif ediləcəkdir - 80 və 95 at qüvvəsi. Bir sıra bazarlarda hetçbek 90 at qüvvəli qazla çalışan mühərriklə də təchiz ediləcəkdir.

Güc aqreqatından asılı olaraq beş və  altı pilləli mexaniki və yaxud yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu quraşdırılacaqdır.

VW Polo GTI

Yeni model üçün altı təchizat səviyyəsi nəzərdə tutulmuşdur. Bunlar artıq bir çoxlarının bildiyi Trendline, Comfortline və Highline, idman xarakterli R-Line və qaynar GTI modifikasiyalarıdır. Ən yeni Beats modifikasiyası isə, şəxsən Dr Dre tərəfindən təklif edilmiş 300 vatlıq səs sistemi ilə təchiz edilir.

Sifarişçilər 14 kuzov rəngindən, 12 təkər disklərindən, ön panelin 13 tərtibatından və oturacaqların 11 növ üzlənməsindən seçə bilərlər. Avtomobilin təchizatına rəqəmsal cihazlr paneli, 6,5 - 8,0 düym arasında displeyi olan multimedia komplüksləri, sinfində ən iri panoram tavan, işıqdiodlarından fənərlər, smartfonların naqilsiz doldurulması, rütubət vericisi və antiallergiya filtri olan klimat-kontrol, tənzimlənən amortizatorları olan idman asqısı, adaptiv kruiz-kontrol və kor zonalara nəzarət sistemi daxil edilmişdir.

Almaniyada yeni Polo 12975 avrodan başlayan qiymətlərlə satılacaqdır. Siafrişlərin qəbuluna payızda başlanmalıdır. İlk avtomobillər müştərilərə 2018-ci ilin yanvarında çatdırılacaqdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt