Son illərdə avtomobil istehsalçılarının diqqətini ən çox cəlb edən texnologiyalardan biri də avtonom idarəetmə sistemləridir. Bir neçə şirkətlər bu sistemlərin inkişaf etdirilməsində müəyyən uğurlar əldə etmişlər. Misal üçün, Audi şirkətinin eksperimental RS7 Sportback avtomobili yarış trekində insanın müdaxiləsi olmadan sərbəst şəkildə dövrələr edə bilir. Bundan əlavə, Audi A7 Sportback modeli artıq bir şəhərdən digərinə insanın iştirakı olmadan yürüş etmək iqtiradındadır.

Lakin, elə avtomobil istehsalçıları da vardır ki, bu barədə düşünmək belə istəmir. Buna nümunə olaraq  məşhur Lamborghini markasını göstərmək olar. Şirkətin rəhbəri olan Stefan Vinkelman yaxın zamanlarda istehslına başlanacaq Lamborghini Urus krossoverinin avtonom idarəetmə sistemilə təchiz olunmayacağını dilə gətirmişdir. 

Lamborghini LM002 offrouder’nin varisi olacaq bu krossoverin, tam çəkiş sistemi ilə yanaşı, arxa çəkişli variantının olacağı da istisna deyildir. Yeni krossover, həmçinin, yolsuzluq şəraitində də sahibini aciz qoymayacaqdır.

Bir müddət əvvəl şirkət rəhbərliyi krossoverin səkkiz silindirli mühərrik ilə buraxılmasının istisna olmadığını, gərək olarsa 4,0-litrlik turbomühərrikdən də istifadə edilə biləcəyini qeyd etmişdir.

Xatırladaq ki, Lamborghini şirkəti yeni Urus modelinin istehsalına 2017-ci ilin birinci yarısında başlamagı planlaşdırır.