Mercedes-Benz G-Klasse yolsuzluq avtomobili qeyri-adi zahiri görünüşü ilə milyonların rəğbətini qazanmışdır. Bu offrouder’in populyarlığı ilə rəqabət apar a bilən az avtomobil tapılar. Bu səbəbdəndir ki, 30 ildən artıq bir müddət ərzində avtomobilin müəyyən dəyişikliklərlə də olsa konveyer həyatı davam ediir. Mercedes-Benz şirkəti G-Klasse’ın alıcılarının şəxsi zövqünə uyğun tərtib edilməsi üçün yeni «designo manufaktur» adlı dizayner dəsti təklif edir.

Yeni dəst avtomobilin geniş rəng palitrasına yeni çalarların əlavə edilməsini nəzərdə tutur. Belə ki, artıq avtomobili Fire Opal, Mauritius Blue Metallicç Allanite Grey Magno və Yellow Olive Magno adlı xüsusi rənglərə boyamaq olar. Eksteryeri daha cəlbedici etmək üçün avtomobilin damı Obsidian Black rənginə də boyamaq mümkündür.

Bundan əlavə, paslanmayan poladdan hazırlanmış dekorativ xəttlərin və ehtiyat təkərinin qapağının haşiyəsini avtomobilin kuzovunun əsas rəngində də sifariş etmək olar.

Təbii haldır ki, təklif eilən yüngül lehimli disklərin də qara rəngə boyanması bu paketə daxildir.

Minik avtomobilləri üçün təklif edilən 'Night' dəsti də artıq G-Klasse üçün də əldə ediləndir. Bu dəstə    qara rəngə boyanmış dam, bamperlər, disklər və yan tərəfdəki xəttlər, həmçinin tündləşdirilmiş şüşələr daxildir.

Mercedes-Benz G-Klasse’nin iç məkanı üçün də yeni rəng çalarları - Saddle Brown, Deep Sea Blue, Silk Biege Mokka və Brown, -  təklif edilir.

G-Klasse’nin bərkgedən modifikasiyaları olan G63 AMG və G65 AMG üçün də opsional DINAMICA dəsti nəzərdə tutulmuşdur ki, bu dəstin tərkibinə qara nappa dəri ilə işlənməş interyer, mikrobibra ilə işlənmiş idmansayağı sükan və sairə daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt