Mercedes-Benz şirkəti növbəti nəsil A-Class modelinin yeni tizerini dərc edib. Avtomobili 2 fevral tarixində Amsterdamda keçiriləcək xüsusi tədbirdə təqdim edəcəkdirlər.

Yeni videoçarxda avtomobilin işıqdiodlarından hazırlanmış ön və arxa fənərləri, həmçinin havalandırma sisteminin işıqlandırmalı deflektorları və multimedia kompleksinin 10,25-düymlük displeyi nümayiş etdirilibdir.Növbəti nəsil A-Class süni intellektə və səs komandalarını tanıma funksiyasına malik olan MBUX multimedia sistemi ilə təchiz ediləcəkdir. Sistem adət olunduğu kimi sükandakı düymə vasitəsi ilə deyil, «Hey Mercedes» kəlməsi ilə işə salınacaqdır.

Yeni model haqqında əlavə məlumat verilməyib. Gözlənilənlərə görə, yay aylarında A-Class modelinin 400 at qüvvəsinə malik olan bərkgedən versiyasının debüt edəcəkdir.