Bir müddət bundan əvvəl, internet məkanında Mercedes-Benz şirkətinin GLA krossoverinin kupe variantını hazırladığı barədə xəbərlər yayılımışdı. Bu xəbərin meydana gəlməsinin əsas səbəbi alman istehsalçısı tərəfindən dərc edilmiş “yol xəritəsi"nin mövcudluğu olmuşdur.

Dərc edilmiş xəritədən göründüyü kimi, Mercedes-Benz şirkəti gələn ilin əvvəlində E-Class ailəsinin yeni üzvləri olacaq Coupe və All Terrain modellərinin təqdimatını keçirməyi nəzərdə tutur. Bundan əlavə, ilin ortalarında yenilənmiş bayraqdar sedanı Mercedes-Benz S-Class modeli də işıq üzü görəcəkdir. İlin sonunda isə, E-Class modelinin üstü açıq variantı olan E-Class Cabriolet də təqdim edilməlidir.

“Yol xəritə”sinin ilkin variantında 2017-ci ildə GLA Coupe modelinin təqdim ediləcəyi yazılsa da, sonradan alman istehsalçı dəyişiklik edərək GLA modelinin feyslift keçəcəyini bəyan etmişdir. Gələn il təqdim ediləcək modellərin sırasına “Mercedes” ulduzu daşıyan pikapın da daxil edildiyini görmək olar.

Üzümüzə gələn ildə Mercedes-AMG GT modelinun “C” indeksli variantının da təqdim ediləcəyi nəzərdə tutulmuşdur. Özü də yeni superkar ilkin olaraq rodster kuzovu ilə, sonra isə kupe olaraq işıq üzü gərəcəkdir.

"Yol xəritəsi"nin ilkin variantı

"Yol xəritəsi"nin son variantı