Cenevrə avtosalonunun açılışına günlər qalmış, Bentley şirkəti Mulliner bölməsi tərəfindən hazırlanmış Mulsanne Hallmark Series seriyasını təqdim etmişdir. 50 nüsxədə buraxılacaq avtomobillər «gümüş» və «qızıl» versiyalardada təklif ediləcəkdirlər.

Mulliner mütəxəssisləri tərəfindən hazırlanmış dəbdəbəli sedanların tərtibatında dünyanın ən məşhur zərgərlərinin üstünlük verdiyi yüksək ayarlı qiymətli metallardan və dəbdəbəli materiallardan istifadə edilmişdir. Misal üçün, avtomobilin kapotun üzərində yerləşmiş firma loqotipi qiymətli metallardan hazırlanır. «B» hərfi formasında olan qanadlı loqotipin hazırlanmasında xalis gümüşdən istifadə edilir. «Qızıl» variantından olan avtomobillərin loqotipi isə qızıl ilə örtülür. 

Hər bir qiymətli metaldan hazırlanmış əşyalar onların həqiqiliyini və dəyərini təsdiq edən xüsusi damğaya malik olduğu kimi, Mulliner mütəxəssisləri tərəfindən hazırlanmış Mulsanne sedanları da belə damğaya layiq görülmüşdülər. Mulliner mütəxəssislərinin əl işi olduğunu təsdiq edən «Commisioned» və «By Mulliner» damğası qiymətli metaldan hazırlanmış qanadlı loqotipində dayağının ətrafında həkk edilmişdir. Bundan başqa, avtomobilin kuzovu boyunca çəkilmiş zolaqlar da emblemin rəngindədir. 

Hallmark seriyasından olan avtomobillərin kuzovu iki rəngli sxemlə də boyana bilər. Eyni zamanda, avtomobil Mulliner radiator barmaqlığı və 21-düymlük cilalanmış təkər diskləri ilə təchiz edilir. Opsional olaraq Serenity radiator barmaqlığını da sifariş etmək mümkündür. Avtomobillərin interyeri də ən yüksək kefiyyətli materiallarla tərtib edilmişdir. Salonun tərtibatında iki müxtəlif rəngli dəridən istifadə edilmişdir ki, ön və arxa oturacaqların rəng tərtibatı bir-birindən seçilir. Oturacaqların və qapı panellərinın üzərində xüsusi romb şəkilli tikişlər edilmişdir. Bundan başqa, oturacaqların üzərində qızılı və ya gümüşü sapla Mulliner sözləri həkk edilmişdir.

Bentley şirkəti, Mulliner tərəfindən hazırlanmış avtomobillərin həm standart, həm də uzun bazalı varianlarda olacağını bildirmişdirlər. Bentley Mulsanne 512 at qüvvəsi və 1020 Nm fırlanma anı olan 6¾-litrlik V8 mühərriki ilə təchiz edilir. Güc aqreqati 8-pilləli avtomatik sürətlər qutusu ilə birlikdə sedanı 5,3 saniyəyə 100 km/saat həddinə kimi sürətləndirir. Avtomobilin maksimal sürəti 296 km/saat təşkil edir. Bentley Mulsanne Speed variantının mühərriki 537 at qüvvəsinə və 1100 Nm fərlanma anına malikdir. Avtomobil saatda 100 kilometr sürətini 4,9 saniyəyə toplayır. Onun maksimal sürəti isə 306 km/saatdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt