Sono Motors adlı alman startapı özünün ilk elektromobilini təqdim edib. Sion adını almış elektrokar damına quraşdırılmış günəş batareyalarına malikdir. Şirkət avtomobili 16 min avroya satmaq niyyətindədir.

Avtomobilin damında 330 fotoelektrik elementləri olan panel quraşdırılacaqdır ki, bu elemntlər də pis hava şəraitinin təsirindən və aşınmaqdan polikarbonatdan olan xüsusi örtüklə müdafiə olunur. Günəş batareyaları avtomobili 30 kilometrlik yürüş məsafəsi ilə təmin edə bilərlər.

Elektromobil iki akkumulyator növü ilə təklif ediləcəkdir - 14,4 və 30 kilovat-saatlıq. Birinci halda Sono Sion modelinin ümumi yürüşü 80, ikinci halda isə 190 kilometr olacaqdır.

Batareyaların sürətli doldurulması vasitəsi ilə onların 80% həcmini 40 dəqiqəyə bərpa etmək mümkündür. Şirkətdən bildirildiyinə görə, günəşli hava şəraitində elektromobilin batareyalarını yalnız günəş işığı vasitəsi ilə səkkiz saata doldurmaq olar. Lahiyənin həyata keçirilməsi üçün şirkət kraudfandinqin köməyi ilə 200 min dollar toplayıb.

Modelin seriyaya buraxılması üçün firmaya beş min sifariş kifayət edir. Bu halda, sifarişçilər elektrokarları 2019-cu ildə ala bilərlər.

Image alt Image alt Image alt Image alt Image alt