Ford şirkəti polis üçün hazırladığı yeni patrul avtomobilini təqdim etmişdir. İstehsalçı Police Responder Hybrid Sedan modelini, dünyada cinayətkərləri təqib etməyə imkan verən benzin-elektrik güc qurğusu ilə təchiz edilmiş yeganə avtomobil olduğunu iddia edir.

Sedan Atkinson dövrü ilə işləyən iki litrlik benzin mühərriki və elektromotorla təchiz edilmişdir. Güc qurğusunun ümumi gücü açıqlanmamışdır. Ford şirkətindən  sedanın 96 km/saat həddinə qədər  sürətlərdə elektrik ötürməsi ilə hərəkət etdiyi bildirilmişdir. Ford Police Responder Hybrid Sedan modelinin 100 kilometrə olan ortalama yanacaq sərfiyyatı 6,2 litr təşkil edir. Ford şirkətinin polis üçün hazırladığı digər model – 3,7-litrlik mühərriki olan Police Interceptor sedanı 100 kilometrə 13 litr yanacaq sərf edir. İlk hibrid polis avtomobilləri yay aylarında xidmətə başlayacaqdırlar.

Ford şirkəti hüquq-mühafizə orqanları üçün daha bir hibrid modeli hazırlamaq niyyətinin olduğunu bildirmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt