Audi şirkəti modellərin adlandırılmasının yeni sistemini açıqlayıb. Avtomobillərin müxtəlif modifikasiyalarının adlarına onların mühərriklərinin gücünü haqqında xəbər verən rəqəmlər əlavə ediləcəkdir.

Bu sahədə ilkə imza atan A8 bayraqdar modeli olacaq. Ümumilikdə modellərin adları əvvəlki kimi qalır: ailəni bildirən nişanlar (A1, A5, Q7 və digəriləri), həmçinin güc aqreqatının növünü göstərən TFSI, TDI, g-tron və e-tron əlavələri dəyişilməz qalır. Bununla belə, konkret modifikasiyanın gücünü göstərən indekslər əlavə edilir ki, onlarda "30" rəqəmindən başlayır. Gücün yüksəlməsi ilə bu rəqəm də artacaqdır.

Həm də bir addım beşə bərabər olacaq. Misal üçün "30" rəqəmini 110 at qüvvəsindən 130 at qüvvəsinə qədər gücü olan modellər alacaqdır. "45" indeksi isə 230-252 at qüvvəsi diapazonuna müvafiq olacaqdır. Təbii ki, gücü 131 - 229 at qüvvəsi arasında olan modellər "35" və "40" rəqəmlərinə sahib olacaqdırlar. Ən yüksək "70" rəqəmi gücü 544 at qüvvəsindən artıq olan avtomobillər üçün nəzərdə tutulmuşdur.

Payızda satışına başlanacaq Audi A8 modelləri "55" və "50" rəqəmləri ilə işarələnəcəkdirlər. "55" rəqəminə 340 at qüvvəli 3,0-litrlik benzin mühərriki ilə təchiz edilən modifikasiya, "50" rəqəminə isə 285 at qüvvəli dizel variantı  sahib olacaqdır.

Yaxın aylarda bazara çıxacaq yeni modellərin hır birində yeni sistem tətbiq ediləcəkdir. S və RS seryasından olan avtomobillər istisna olmaqla qalan modellər yeni rəqəmlərlə gələn ildən başlanaraq işarələnəcəkdirlər.