BMW şirkəti X3 krossoverinin növbəti nəslini təqdim edib. Krossover həm zahirən, həm də daxilən yenilənmiş, quraşdırılmış displeyi olan açar daxil olmaqla yeni opsiyalara, həmçinin «qaynar» M40i modifikasiyasına sahib olmuşdur.

Yeni X3 modelinin qabarit uzunluğu 4716 millimetr, eni 1897 millimetr, hündürlüyü isə 1676 millimetrdir.

Yeni krossoverin təkər bazasının uzunluğu 2864 millimetrə bərabərdir. Bu o deməkdir ki, avtomobil sələfinə nisbətən daha iridir.  Misal üçün, krossoverin təkər bazası 54 millimetr artırılmışdır. Bundan başqa, alman istehsalçısının mühəndisləri oxlar arasında çəki bölünməsinin ideal (50:50) nisbətini təmin etmişdirlər. X3 modelinin klirensi əvvəlki kimi 204 millimetrə bərabərdir. Zahiri cəhətdən yenilənmiş avtomobili ön və arxa tərəflərin tərtibatından seçmək olar. Yan tərəfdən baxdıqda, burada heç bir dəyişikliyin olmadığı aydın görünür.

BMW X3 modelinin növbəti nəsli yeni ön optikaya və altıbucaqlı duman əleyhinə fənərlərə sahib olmuşdur. Krossoverin eksteryeri modifikasiyasından asılı olaraq müxtəlif olacaqdır. 

Yeni model üçün xLine, M Sport və ya Luxury Line tərtibat variantları nəzərdə tutulmuşdur. Avtomobilin baza təchizatına 18-düymlük təkər diskləri, daxildir ki, əlavə ödənişlə hətta 21 düymlük diskləri də sifariş etmək mümkündür.

Avtomobilin salonu demək olar ki, son müasir BMW modellərinin üslubunda olan dizayna malikdir. 

Yeni X3 krossoverinin avadanlıq siyahısına havanın ionizasiyası funksiyası olan üç zonalı klimat-kontrol, ön oturacaqların havalandırması, panorama tavan və BMW Display Key açarı daxildir. Açarda quraşdırılmış displeydə avtomobil haqqında müxtəlif məlumatla tanış olmaq mümkündür. Bu açardan, eyni zamanda, salonu avtonom isitmə sisteminin pultu kimi də istifadə etmək olar.

Avtomobilin multimedia sistemi jestlərlə idarəetmə funksiyasını dəstəkləyir. X3 krossoverinin avadanlıqları arasında aktiv kruiz-kontrol, zolaqda saxlama və zolaq dəyişmə assistenti, yan toqquşmalardan müdafiə sistemi də daxil olmaqla bir sıra müasir təhlükəsizlik və sürücüyə yardım sistemləri mövcuddur. Avropa bazarında satılacaq BMW X3 modelinin mühərrik çeşidinəiki dizel və üç benzin mühərriki daxil edilmişdir.

Bütün güc aqreqatları səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışırlar. Dizel mühərrikləri 190 at qüvvəli dörd silindrli və 265 qüvvəli altı silindrli mühərriklərlə təmsil olunur.

Benzin aqreqatları 184 və 252 at qüvvəli turbodördlük və M40i modifikasiyası üçün nəzərdə tutulmuş sıralı altı silndrli mühərrikdən ibarətdirlər.

BMW X3 M40i modifikasiyasının mühərriki 360 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edir ki, bu güc də krossoveri 100 km/saat həddinə sürətləndirməni 4,8 saniyəyə həyata keçirməyə imkan verir. Onun maksimal sürəti isə 250 km/saata bərabərdir. M40i krossoveri həmçinin aerodinamik M-dəsti, səsi tənzimlənən buraxılış sistemi, digər asqı və əyləclər ilə də seçilir. Bundan əlavə, «qaynar» krossover Launch Control sistemi ilə də təchiz edilir.

X3 M40i modelinin tam çəkiş sistemi adi krossoverə nisbətən arxa oxa daha çox fırlanma anını ötürür.

İmproteks Motors şirkətindən verilən məlumata əsasən, yeni modelin Azərbaycandakı satışlarına noyabr ayında start veriləcəkdir. Yeni krossover, modifikasiyasından asılı olaraq, 46 - 75 min avro arasında dəyişən qiymətlərlə təklif ediləcəkdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt