Böyük Britaniyanın Saut-Yorkşir şəhərinin polisi üç superkarı müsadirə etdiyi barədə xəbər yaymışdır. Həbsin səbəbi supercar sürücülərinin “antisosial hərkətləri” olmuşdur. Bu avtomobillərin sürücüləri M1 şossesində hərəkətə mane olduqlarına görə, bir neçə hadisə şahidinin şikayəti əsasında saxlanılmışdırlar.

Hüquq-mühafizə orqanlarının nümayəndələri sarı rəngli Lamborghini Aventador, ağ Ferrari 458 İtalia və yaşıl McLaren 570S superkarlarını saxladıqlarını bildirmişdirlər. Superkarların sürücüləri yolu bağlayaraq praktiki olaraq dayanmış və boşalan yolda yerindən sürətlənmişdirlər.

Onlar bu hərəkəti bir neçə dəfə etdiklərindən sonra M1 yolundakı digər sürücülər polisə şikayət yönləndirmişdirlər. McLaren superkarının üzərindəki emblem sayəsində avtomobillərin Performance Portfolio kirayə şirkətinə məxsus olduğu aşkar edilmişdir. Bu üç avtomobildən başqa, şirkət Lamborghini Gallardo Superleggera və Huracan, Audi R8 V10 Spyder, Porsche Carrera 4S, Aston Martin Virage və Nissan GT-R sportkarlarını da kirayəyə verir.

Müsadirə edilmiş avtomobillərin sonrakı taleyi barədə məlumat verilməmişdir. Avtoxuliqanlara hansı cəzanın veriləcəyi də hələlik məlum deyildir.

Image alt Image alt Image alt