Citroen şirkətinə məxsus premium avtomobillər subbrendi olan DS markasının DS7 Crossback krossoveri ətrafında cərəyan edən fitnə-fəsad davam edir. Bu dəfə bu prosesə istehsalçının özü qoşulmuşdur. Citroen şirkəti yeni modelin ön işıq texnikası əks etdirilmiş videotizeri yaymışdır.

Əlbəttə, DS7 Crossback modeli ətrafında gedən prosesləri Polişinelin sirri kimi qiymətləndirmək olar. Bunun səbəbini saytımızı izləyən oxucular gözəl bilirlər. Xəbəri olmayanlara isə xatırladaq ki, artıq krossoverin kamuflyajsız fotoşəkillərini internet şəbəkəsində istənilən sayda tapmaq mümkündür. Misal olaraq, Worldscoop saytı tərəfindən dərc edilmiş şəkillərdə DS7 Crossback modelinin, demək olar ki, hər rakursdan çəkilmiş görüntüləri vardır.  Bundan əlavə, yeni avtomobilin iş məkanının görüntülərini DS markasının başçısı İv Bonnefon tərəfindən dərc edilmişdi.

O, avtomobilin elektron cihazlar paneli, sükan və qapı panellərinin tərtibatı da daxil olmaqla interyerinin detallarını göstərmişdir. 

Yüksək vəzifəli menecer həmçinin avtomobilin avtonom idarəetmə sisteminə və 21 əsrin unikal DS-asmasına malik olduğunu yazmışdır. 

Söhbət fransız istehsalçısının hidropnevmatik asmanı əvəzləyəcək yeni hazırlanan sistemindən gedir. İlkin məlumatlara əsasən, DS markalı yeni avtomobil EMP2 modul platformasında yığılacaqdır. Krossover tərkibinə 1,5-litrlik dizel mühərriki daxil olan hibrid güc qurğusu ilə hərəkətə gələcəkdir. Krossoverin ən güclü modifikasiyası 240 at qüvvəli mühərriklə təchiz ediləcəkdir. Yeni DS krossoveri fransız istehsalçısına Audi Q5 və BMW X4 modelləri ilə rəqabət aparmaq şansı verməlidir.

Krossoverin Avropa bazarında da satılması planlaşdırılır.