Renault şirkəti bu günlərdə işinə başayacaq Cenevrə avtosalonunda Captur yığcam krossoverinin yenilənmiş variantını təqdim edəcəkdir. Yenilənmədən sonra Captur krossoverinin eksteryeri Rusiya bazarı üçün nəzərdə tutulmuş Kaptur modeli ilə bənzərlik nümayiş etdirir.

Renault Captur və Kaptur modelinin ən oxşar elementlərindən biri C-formalı gündüz hərəkət işıqlarıdır. Bundan başqa, Captur modelinin radiator barmaqlığı, ön fənərləri, ön və arxa bamperləri dəyişikliyə məruz qalmışdırlar. Artıq tamamilə işıqdiodlarından hazırlanmış ön fənərləri də sifariş etmək mümkündür. Eyni zamanda, modelin kuzovunun boya palitrasına iki yeni (narıncı və mavi), tavanın boya çeşidinə isə bir (boz) rəng daxil edilmişdir. Əlavə olaraq, Renault Captur ilk dəfə olaraq təkər disklərinin dörd variantına, panoram tavana və interyerin əlavə rəng tərtibatına sahib olmuşdur. Avropada satılan Captur modeli 2013-cü ildə işıq üzü görmaşdür. Ylğcam krossover Clio modelinin əsasında yaradılmışdır. Rusiya bazarı üçün nəzərdə tutulmuş Kaptur modeli isə Duster krossoveri ilə eyni bazanı bölüşür.

Bu səbəbdən də Rusiyada istehsal edilən Kaptur fransız adaşından daha iri ölçülərə malikdir.

Image alt Image alt Image alt