Chevrolet şirkəti yeni nəsil Equinox krossoverini təqdim etmişdir. Yeni krossover 301 at qüvvəsi və 368 Nm fırlanma anı olan 3,6-litrlk mühərrikdən məhrum olmuşdur. Artıq Equinox modeli iki benzin və bir dizel dörd silindirli güc aqreqatı ilə təchiz ediləcəkdir.

Benzin mühərrikləri 1,5-litrlik 170 və 2,0-litrlik 252 at qüvvəli güc aqreqatları ilə təmsil olunurlar. Yeganə dizel güc aqreqatı isə 1,6-litrlik iş həcminə malikdir. 1,5-litrlik benzin və 1,6-litrlik dizel mühərriki altı pilləli avtomatik sürətlər qutusu ilə birlikdə çalışır. 2,0-litrlik mühərrik üçün isə doqquz diapazonlu avtomatik sürətlər qutusu nəzərdə tutulmuşdur. Yeni Chevrolet Equinox qoşulan tam ötürmə sistemi ilə təchiz edilir. Yeni modelin qabarit uzunluğu 4652 millimetr, eni 1843 millimetr, hündürlüyü isə 1661 millimetr təşkil edir. Beləliklə, yeni model sələfindən 118 millimetr qısa, iki millimetr enli və 23 millimetr alçaqdır. Amerikan şirkətindən verilən məlumatda yeni nəsil Equinox modelinin sələfindən 180 kiloqram yüngül olduğu söylənilir.

Yeni nəsil Chevrolet Equinox modeli tamamilə yeni dizaynlı kuzova malikdir. Kuzovun ön və arxa hissəsi, işıq texnikası və şüşə xətti tamamilə dəyişdirilmişdir. Yeni krossoverin arxa fənərləri tamamilə işıqdiodlarından hazırlanmışdır. Avtomobilin interyeri də tamamilə dəyişdirilmişdir. İnteryerin tərtibatında cins parçadan istifadə edilmişdir. Bundan başqa, krossover yeddi və ya səkkiz düymlük sensorlu ekranı olan MyLink multimedia sistemini əldə etmişdir. Multimedia sistemi Wi-Fi nöqtəsinə daxil olmanı təmin edir, eyni zamanda Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyir. ABŞ-da avtomobil 23100 dollardan satılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt