Citroen şirkətinin premium markası sayılan DS brendi Auto Q5 krossoveri ilə rəqabət aparacaq avtomobili istehsal etmək niyyətindədir. Bu barədəd PSA Peugeot Citroen qrupunun başçısı Maksim Pika istinadən Auto Express nəşri xəbər yaymışdır.

Yeni model 2017-ci ilin martında keçiriləcək Cenevrə avtomobil salonunda təqdim edilməlidir. Böyük ehtimalla yeni krossover 2013-cü ildə göstərilmiş Wild Rubis konseptinin üslubunda hazırlanmış dizayna malik olacaqdır. 2108-ci ildə DS markası kiçik ölçülü krossover buraxmağı planlaşdırır. Bu krossover MINI Countryman və Audi Q1 modelləri ilə rəqabət aparacaqdır. Yığcam krossover Peugeot 208 və DS3 hetçbeklərinin növbəti nəsli üçün nəzərdə tutulmuş platformada hazırlanacaqdır. Krossoverin mühərrik çeşidinə 1,2-litrlik üç silindirli və 1,6-litrlik dörd silindirli turbomühərriklər daxil ediləcəkdir.

Pika həmçinin PSA Peugeot Citroen qrupunun ilk elektrokarının DS brendi altında buraxılacağını da bildirmişdir. Bu elektromobil fransız alyansının yeni strategiyasının tərkib hissəsidir. Yeni strategiya 2019 - 2021-ci illər arasında 11 eko-modelin - üç elektromobilin və yeddi hibridin, - buraxılmasını nəzərdə tutur.