Böyük Britaniya sakini Skott Nikolas hakimiyyət orqanlarını yoldakı çuxura düşərək zədələnmiş avtomobilinə görə məhkəməyə verərək 10 min funt sterlinq məbləğində kompensasiya almışdır.

The Mirror nəşrinin verdiyi xəbərə əsasən Nikolasın Ferrari avtomobili Afford yaşayış məntəqəsinin yaınlığındakı yolda zədələnmişdir. Zərbə nəticəsində britaniyalının sahibi olduğu Ferrari 458 superkarının təkəri, asması, interyer elementləri və təhlükəsizlik yastığı zədə görmüşsür. Nikolas təmiə 11 min dollardan bir az çox xərclədiyini bildirmişdir. O, həmçinin çuxura düşdüksən sonra möcüzə nəticəsində qəzaya düşməkdən xilas olmuşdur. Britaniyalının avtomobilin təmir edilməsinə üç ay vaxt tələb olunmuşdur. Kompensasiya Nikolasa iki həftə ərzində ödəniləcəkdir. Bununla belə, o məhkəmə yolu ilə aldığı vəsaiti xeyriyyə məqsədlərinə - bədbəxt hadisələrdən zərərçəkənlərə, - xərcləməyi planlaşdırır.

«Məsələ pulda deyil, məsələ prinsip məsələsidir», - britaniyalı bəyan etmişdir. Bu kompensasiya belə hadisələr üçün ödənilən rekord məbləğ olmuşdur.