Əfsanəvi Daytona International Speedway avtodromunda opsional 1LE dəsti ilə təchiz edilmiş Chevrolet Camaro ZL1 «bərkgedən» kupesinin rəsmi təqdimat mərasimi keçirilmişdir. Bu kupe vaxtını yarış treklərində keçirməyə üstünlük verən sürət aşıqlərinə ünvanlanmışdır.

Chevrolet Camaro ZL1 1LE modeli trek üçün nəzərdə tutulmuş «qaynar» Camaro ZL1 kupesinin daha ekstremal variantıdır. Xatırladaq ki, bir müddət bundan öncə General Motors konserni 650 at qüvvəli kupenin dinamik xarakteristikalarını rəsmən açıqlamışdı. Eyni zamanda qeyd etmək lazımdır ki, 1LE dəsti yeni nəsil Camaro kupesinin daha zəif modifikasiyaları üçün də əlçatandır.

GM komsernin nümayəndələri Camaro ZL1 1LE ekstremal kupesinin Milford Road Course sınaq poliqonunun trekini Camaro ZL1 modelindən üç saniyə tez qət etdiyini bildirmişdirlər. 1LE dəsti ilə təchiz edilmiş kupe ZL1 variantından 27 kiloqram az çəkiyə malikdir. Bu qənaətə arxa şüşənin qalınlığının azaldılması, daha yüngül təkər disklərindən və yeni Multimatic Dynamic Suspension Spool Valve amortizatorlarından istifadə edilməsi sayəsində nail olunmuşdur. 

Bundan başqa, Camaro ZL1 1LE kupesi Good Year Eagle Supercar 3R şinləri ilə təchiz edilir. Zahiri cəhətdən ekstremal kupe karbondan hazırlanmış iri antiqanad, xüsusi hava deflektorları və təkmilləşdirilmiş ön paneli ilə seçilir. Bütün bu yeniliklər əlavə yerəbasma qüvvəsini təmin edirlər. Yeni Camaro ZL1 1LE modeli Chevrolet şirkətinin diler mərkəzlərində bu ilin sonunda nümayiş etdiriləcəkdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt