Klima-Lounge şirkəti Lamborghini ailəsinin dəstəyi ilə Techno-Classica sərgisində xüsusi Centenario traktorunu təqdim etmişdir.

Yeni traktor, italyan markasının banısının Ferruçço Lamborginin 100 illik yubileyinin şərəfində hazırlanmış,  Lamborghini Centenario superkarları da daxil olan “yubiley” seriyasındandır. Traktorun  təqdimat mərasimində Ferruçço Lamborginin qardaşı oğlu Fabio Lamborghini iştirak edəcəkdir. O, traktoru təqdim edəcək və avtoqraf paylayacaqdır.  

Centenario traktorunun texniki xüsusiyyələri barədə heç bir məlumat verilməmişdir. Təqdim edilmiş şəkillərdən də göründüyü kimi, traktor  retro-üslubda hazırlanmışdır. Lamborghini prototipdən əlavə beş traktoru buraxmağı planlaşdırır. Xüsusi seriyadan olan hər bir traktorun dəyəri 250 min avro təyin edilmişdir. Artıq iki traktor sahibini tapmışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt