Ford Motor Company şirkəti rəsmi olaraq Avropa bazarında beş qapılı kuzova malik olan “qaynar” Ford Fiesta ST modelinin satışlarının başlanacağını elan etmişdir. İlk dəfə olaraq “qaynar” hetçbek Avropada beş qapılı kuzov ilə təklif ediləcəkdir. Bu günə qədər avropalı alıcılar yalnız üç qapılı kuzovu olan Ford Fiesta ST modelini ala bilərdilər.

Beş qapılı “qaynar” Ford Fiesta ST hetçbeki 1,6-litrlik EcoBoost benzin turbomühərriki ilə hərəkətə gəlir ki, bu mühərrikin də 182 at qüvvəsi gücü və 240 Nm fırlanma anı vardır. Verilmiş məlumata əsasən “qaynar” hetçbel yerindən 100 km/saat həddinə kimi 6,9 saniyəyə sürətlənir. Bu hər iki tipli kuzovu olan model üçün keçərlidir. “Qaynar” hetçbek 100 kilometrə 6,1 litr yanacaq sərf edir. Beş qapılı “qaynar” hetçbek üç qapılı “qardaşı” ilə eyni platformada yığılır. Ford nümayəndələri  “əlverişli kuzova malik olan hetçbekin ST modelləri arasındakı satış payının 25 faiz olacağını” bildirmişdirlər. Beş qapılı Ford Fiesta ST modeli optimallaşdırılmış asqı, təkmilləşdirilmiş sükan idarəetməsi, yol səhti ilə daha yaxşı ilişməni təmin etmək və dönmə bucağını azaltmaq üçün ön təkərlərin əyləclərində istifadə edən Torque Vectoring Control sistemi ilə təchiz edilir. 

Image alt Image alt Image alt