Bildiyimiz kimi, Hyundai Kona modelinin təqdim edilməsinə az bir müddət qalmışdır. Buna baxmayaraq, bu günlərdə tamamilə kamuflyajdan məhrum edilmiş avtomobil cəsusların kameralarına tuş gəlmişdir.

Reklam çarxının çəkilməsi zamanı cəsuslara rast gələn avtomobil iki rəngli kuzova və Hyundai avtomobillərinə xas olmayan işıq texnikası ilə seçilir. Bundan başqa, krossover perimetr üzrə qeyri-adi formalı müdafiə qurşağına malikdir. Söylənilənlərə görə, Kona modelində həllini tapmış dizayn üslubu yeni nəsil Santa Fe modelində də tətbiq ediləcəkdiir.

Xatırladaq ki, Cənubi Koreya istehsalçısı hazırladığı yeni krossoveri Havay adalarında olan Kona şəhərciyinin şərəfinə adlandırmışdır. Bununla belə, istehsalçı avtomobil haqqında heç bir məlumat verməmişdir. Krossover haqqında yeganə məlum olanlar onun adı və dərc edilmiş bu tizerdəki işıq texnikasının formasıdır. Bir çox kütləvi informasiya vasitələrinin bildirdiyinə görə, yeni avtomobilin təqdimatı bu ilin sonunda, yaxud gələn ilin əvvəlində baş tutmalıdır. Yeni krossoverin i20 modelinin bazasında hazırlanacağı və onunla mühərrik qammasını bölüşəcəyi də istisna edilmir. Böyük ehtimalla, Hyundai şirkəti krossoveri sentyabrda işinə başlayacaq Frankfurt avtosalonunda təqdim  edəcəkdir.

Bunun başlıca səbəbi avropalıların yığcam avtomobillərə olan marağıdır. Kona krossoverinin Koreya istehsalçısının qlobal modellərindən birinə çevriləcəyi faktı da bizdə şübhə doğurmur.

Image alt Image alt Image alt Image alt