Avstriyada yerləşən Kreisel firması məşhur aktyor Arnold Şvartseneggerin sifarişi ilə tamamilə elektrik mühərriki ilə hərəkət edən Mercedes-Benz G-Class ofroderini hazırlamışdırlar. Yeganə nüsxədə hazırlanmış ofroder iki elektrik mühərriki ilə təchiz edilmişdir.

Kreisel şirkəti artıq müxtəlif alman avtomobillərinin bazasında hazırladığı layihələrlə məşhurdur. Misal üçün, bir müddət bundan əvvəl avstriyalılar VW Golf, Porsche Panamera və BMW 3-Series universalının bazasında elektromobilləri yaratmışdır. Kreisel şirkəti batareyaların yaradılması ilə məşğuldur və ildə ümumi tutumu 800 min kilovat-saat olan batareyaların istehsalına hesablanmış zavodun tikintisini davam etdirir.

«Terminatorun» avtomobilinə gəldikdə isə, avstriyalılar ofroderi ümumi gücü 490 at qüvvəsi olan iki elektromotorla, 80 kilovat-saat tutumu və 510 kiloqram çəkisi olan iki batareyalar bloku ilə təchiz etmişdirlər.  Bu ofroderi yerindən 100 km/saata 5,6 saniyəyə sürətləndirməyə və 183 km/saat maksimal sürətə çatdırmağa kifayət edir.  Ofroderin yürüş ehtiyatı 300 kilometrdən çoxdur.

Zahiri cəhətdən elektrik ofroderi adi G-Class modelindən yalnız Kreisel emblemləri ilə seçilir. Batareyaların doldurulması üçün gərək olan rozetka yanacaq çəninin başlığı olan hissədə yerləşdirilmişdir. Eyni zamanda, avtomobilin salonunda yeni cihazlar paneli quraşdırılmışdır ki, burada taxometr yoxdur, yanacaq çəninin göstəricisi isə batareyadakı cərəyanın səviyyəsinin göstəricisi ilə əvəzlənmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt