BMW M şirkətinin vitse-prezidnti Piter Kvintus Drive nəşrinə müsahibəsində mexaniki və robotlaşdırılməş ötürmə qutularının yaxın zamanda mənasız olacağını söyləmişdir. Top-menecerin sözlərinə görə, bir neçə ildən sonra istehsalçılar yalnız avtomatik qutulardan istifadə edəcəkdirlər.

Onun fikrinə görə, istehsal edilən müasir avtomatik qutular tezliklə ənənəvi mexaniki və müasir «robotları» sıxışdırıb aradan çıxaracaqdırlar. Kvintus, yeni avtomatik qutuların artıq doqquz və on pilləyə malik olduğunu da xüsusi vurğulamışdır. Bir zamanlar DCT (iki muftalı robotlaşdırılmış qutu) qutusunun iki üstün cəhəti mövcud idi - yüngül çəki və ötürmələri həyata keçirmə sürəti. «Artıq ötürmə sürətinə görə üstünlük demək olar ki, aradan qalxmışdır. Yeni avtomatlar daha sürətli və «ağıllıdırlar»», - Kvintus bildirmişdir.

O həmçinin növbəti nəsil BMW M3 və M4 modelləri üçün mexaniki qutuların təklif ediləcəyindən əmin olmadığını söyləmişdir.