Dünən internet şəbəkəsində Lada Vesta modelinin universal kuzovlu variantının kamuflyajlı fotoşəkilləri yayılmışdır. Şəkilin müəllifinin idda etdiyinə görə, fotoşəkildəki avtomobil Lada Vesta universalının bütün yollar üçün olan Cross variantının prototipidir . Çox güman ki, avtomobil son sınaqlardan keçmək üzrədir. Bu barədə xəbəri Motor.ru saytı yaymışdır.

Şəkildəki avtomobilin yüksək klirensi, baqaj bölümünün üzərindəki spoyler və üzgəc şəkilli antenna  müəllifi bu avtomobilin Lada Vesta Cross modelinin prototipi olduğu qənaətinə gətirmişdir. Qeyd etmək lazımdır ki, bir müddət bundan əvvəl, adi universalın Tolyatti küçələrində çəkilmiş cəsus fotoşəkilləri dərc edilmişdir. Əvvəl dərc edilmiş fotoşəkillərdən fərqli olaraq, yen şəkildəki prototip daha az kamuflyaja malikdir.

Bundan başqa, ilk dəfə olaraq arxa şüşələr və istehsala gedəcək işıq texnikası şəkildə açıq şəkildə təsvir olunmuşdur. Lada Vesta universal modelinin istehsalı bu ilin yay aylarında başlamalıdır. Avtomobilin təqdimatı isə bir qədər əvvəl baş tutacaqdır. Ehtimal etmək olar ki, yeni universalın təqdimatı aprel-may aylarında keçirilməlidir. Bununla belə, bu məlumat hələlik rəsmi təsdiqini tapmamışdır.