Lexus şirkəti yenilənmiş NX krossoverinin ilk tizerini dərc ediblər. Restaylinq keçmiş krossoverin təqdimatı aprel ayının ortalarında Şanxayda keçiriləcək avtosalonda baş tutacaqdır.

Yenilənmiş krossover yeni ön fənərlərlə, radiator barmaqlığının yeni tərtibatı və təkmilləşdirilmiş bamper ilə seçilir. Baş vermiş digər dəyişikliklər barədə məlumat verilməmişdir.

Xatırladaq ki, Lexus NX yapon premium markasının ilk yığcam krossoveridir. Avtomobil üç il bundan əvvəl aprel ayında Pekində keçirilmiş avtosalonda debüt etmişdi.