Mercedes-Benz şirkəti elektrik güc aqreqatı ilə təchiz edilmiş konseptual krossoverin ilk videotizerini yaymışdır. Elektrik konseptin rəsmi təqdimat mərasimi sabah işinə başlayacaq Paris avtosalonunda keçiriləcəkdir.

Bu prototip Tesla Model X krossoverinin, həmçinin Audi və Jaguar şirkətlərinin istehsal edəcəyi modellərin rəqibi olacaq seriya elektokarının carçısıdır.  2019-cu ildə seriyay gedəcək avtomobil dolu batareyalarla 500 kilometr məsafə qət edə biləcəkdir. Yeni prototipdə 2015-ci ildə Frankfurt avtosalonunda nümayiş olunan Concept İAA prototipində tətbiq edilən aktiv aerodinamik elementlərdən istifadə ediləcəyi də istisna deyil. Krossover, elektrobomillər üçün istifadə ediləcək MEQ subbrendi altında buraxılacaqdır. Yeni model xəttində iki krossover və iki sedanın olacağı bildirilmişdir.