BMW şirkəti payızda işinə başlayacaq Frankfurt avtosalonu üçün "çox həyəcanverici sürpriz" hazırlayıb. Bu barədə ikinci rübün nəticələrinə həsr olunmuş yığıncaqda çıxış edən şirkət rəhbəri Harald Kryüger bəyan edib.

Lakin, sürprizin nədən ibarət olacağı barədə heç bir məlumat verilməyib. Ehtimallara görə, alman istehsalçısı vətənində keçiriləcək avtosalonda yeni elektrik və ya hibrid modelini gətirəcəkdir. Xatırladaq ki, bir neçə gün bundan öncə alman istehsalçısı özünün Facebook sosial şəbəkəsindəki səhifəsində müəmmalı avtomobilin tizerini dərc etmişdi.

Ehtimallara görə, bu Kaliforniyada keçirilən Pebble Beach Concours d’Elegnace zəriflik müsabiqəsində nümayiş etdirmək üçün hazırlanmış konseptdir. Adı çəkilən zəriflik müsabiqəsi avqustun 20-si tarixində keçiriləcəkdir. BMW şirkəti hər zaman bu festivala yeni işlərini gətirir. Keçən il alman markası bu müsabiqədə 2002 Hommage prototipini nümayiş etdirmişdi.