Kemptendə yerləşən ABT Sportsline şirkəti Cenevrə avtosalonuna Audi S5 modelinin təkmilləşdirilmiş variantı ilə yanaşı dörd eksponatla qatılmaq niyyətindədir. Bunlar Audi TT RS, Audi SQ7, Audi RS6 Avant və Audi R8 V10 plus modellərinin bazasında hazırlanmış yeni layihələrdir.

Beləliklə, Audi TT RS-R Special Eddition adını almış model Kemptenlilərin sözlərinə görə «superkarların ərazisinə bir addım» yaxınlaşmaq deməkdir. Yığcam ölçülü kupenin 2,5-litrlik beş silindrli turbomühərriki ABT mütəxəssislərinin müdaxiləsindən sonra 500 at qüvvəsi və 570 Nm fırlanma anı təklif edir. Bu adi TT RS modelində olduğundan 100 at qüvvəsi və 120 Nm çoxdur. Təkmilləşdirilmiş mühərriklə yanaşı, «qaynar» kupe karbondan hazırlanmış aerodinamik kuzov dəstinə və 20-düymlük təkər disklərinə, həmçinin paslanmayan poladdan olan buraxılış sisteminə sahib olmuşdur. Təəssüf olsun ki, tüner təkmilləşdirilmiş kupenin dinamik xüsusiyyətlərini açıqlamamışdır. Audi RS-R Special Edition modelindən 50 ədəd buraxılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kemptenlilərin Cenevrədə təqdim edəcəyi ikinci model Audi SQ7 «qaynar» krossoverinin bazasında hazırlanmış avtomobildir. ABT Power modulunun tətbiqi nəticəsində krossoverin 4,0-litrlik səkkiz silindrli turbomühərrikinin gücü 520 at qüvvəsinə, fırlanma anı isə 970 Nm qədər yüksəldilmişdir. Bundan əlavə, SQ7 modeli xüsusi olaraq krossover üçün hazırlanmış idman buraxılış sistemi ilə təchiz edilmişdir. Şirkətdən verilən məlumatda bu sistemin krossoveri həqiqətən də idman avtomobillərinə xas olan təmiz səslə təmin etdiyi bildirilir. Əlavə olaraq, krossover təkmilləşdirilmiş pnevmatik asmaya da sahib olmuşdur. Eyni zamanda, krossover optimallaşdırılmış aerodinamik dəst və 22-düymlük təkər diskləri ilə də qürrələnə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Digər bir maraqlı layihə «qaynar» RS6 Avant universalının bazasında hazırlanmış avtomobildir. ABT RS6+ Avant adlı universal çoxlu sayda eksklyuziv həll yollarına malik olduşdur. Bu avtomobildən yalnız 50 ədəd buraxılacaqdır. ABT Power S  dəstinin tətbiqi «qaynar» universalın mühərrikinin gücünü 705 at qüvvəsinə fırlanma anını isə 880 Nm qədər artırmaq imkanı vermişdir. Əlbəttə ki, universal yenilənmiş güc və dinamik xarakteristikalarına uyğun olan aerodinamik kuzov dəstini və 22-düymlük təkər disklərini əldə etmişdir. Bu təkər disklərini Glossy Black və Matt Black rənglərinə boyamaq təklif edilir. Karbondan hazırlanmış kuzov dəsti ilə yanaşı, paslanmayan poladdan hazırlanmış idman buraxılış sistemi və idman katalizatoru da təkmilləşdirmələr proqramina daxil edilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nəhayət, ABT şirkəti bərkgedən idman avtomobili olan R8 V10 plus modelini təkmilləşdirməyi təklif edir. Yeni buraxılış sisteminin quraşdırılması sayəsində mühərrikin gücü 610 at qüvvəsindən 630 at qüvvəsinə qədər artırılmışdır. Bundan başqa, sportkar karbondan hazırlanmış aerodinamik parçalar dəstinə, tənzimlənən amortizatorlara və yeni təkər disklərinə sahib olmuşdur.  Görülən işlər nəticəsində sportkarın çəkisi 50 kiloqram azalaraq 1580 kiloqrama bərabər olmuşdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt