Mercedes-Benz şirkəti dörd qapılı Mercedes-AMG GT Concept modelinin ilk təsvirini dərc etmişdir. Porsche Panamera modeli ilə rəqabətə girişəcək seriya avtomobilinin carçısı olan prototipin kütləvi nümayişi 87-ci Cenevrə avtosalonunda keçiriləcəkdir.

Qeyd etmək lazımdır ki, alman istehsalçısının dərc etdiyi mətbuat açıqlamasında avtomobil haqqında ətraflı məlumat verilməsə də, «Mercedes-AMG GT ailəsinin genişlənəcəyi» barədə yazılmışdır. Əlavə olaraq, Cenevrədə göstəriləcək avtomobilin 4-qapılı idman avtomobillərinə alman istehsalçısının yeni baxışının olduğu bildirilmişdir. Bundan öncə yeni seriya avtomobilinin Mercedes-AMG GT4 adlandırılacağı bildirilmişdir. Lakin, hal-hazırda bu məlumat rəsmi olaraq təsdiqini tapmamışdır. Təqdim edilmiş eksizdən də göründüyü kimi, yeni model maili tavan xəttinə və buraxılış sisteminin iri ölçülü boruları olan aqressiv aerodinamik diffuzora malikdir. Ehtimallara görə, yeni sportkar MRA platformasında hazırlanacaqdır. Yeni sedanın AMG GT modellərinin təchiz edildiyi 4,0-litrlik iki turbokompressorlu V8 mühərrik ilə hərəkətə gələcəkdir.