Land Rover şirkəti Cenevrə avtomobil salonunda nümayiş etdirəcəyi yeni Range Rover Velar modelini rəsmi olaraq təqdim etmişdir. Yeni ofroder Range Rover xəttində Evogue və Range Rover Sport modellərinin arasında qərarlaşacaqdır.

Velar modeli Sport modelindən 20 millimetr qısa, Evogue-dan isə 45 millimetr uzundur. Range Rover Velar modelinin qabarit uzunluğu 4802 millimetr, eni - 1930 millimetr, hündürlüyü isə 1665 millimetrdir. Ofroderin təkər bazasının uzunluğu 2874 millimetr təşkil edir ki, bu da Jaguar F-Pace modelinin bazası ilə eynidir. Bu Range Rover Velar modelinin F-Pace modelinin platformasında yığıldığından xəbər verir. Velar modelinin baqaj bölümünün həcmi 632 litr təşkil edir ki, arxa cərgənin oturacaqlarının qatlanması halında bu rəqəm 1731 litrə yüksələ bilər. Ümumi platforma ilə yanaşı Range Rover Velar Jaguar F-Pace ilə mühərrik qammasını bölüşür. İlkin olaraq yeni ofroder altı mühərriklə təklif ediləcəkdir. Bunlar, Ingenium ailəsindən olan dörd ədəd 2,0-litrlik dörd silindrli və markanın pərəstişkarlarına yaxşı tanış olan 3,0-litrlik V6 mühərrikləridir. 2,0-litrlik benzin mühərrikləri 250 və 300, onların dizel analoqları isə 180 və 240 at qüvvəsi təklif edirlər.V6 mühərrikləri 300 və 380 at qüvvəli variantlarda təklif olunurlar. 

Güc aqreqatları səkkiz pilləli avtomatik qutu və arxa differensialın qapanması (opsional) olan tam çəkiş sistemi ilə birgə çalışırlar. Ən maraqlı opsiyalardan biri ilk dəfə bu platforma ilə uyğunlaşdırılmış pnevmatik asmadır. Bu asma sayəsində Velar modelinin klirensinin 251 millimetrə qədər artırmaq mümkündür. Avtomobil 650 millimetr dərinlikdəki çay keçidini rahatlıqla qət etmək iqtidarındadır. Range Rover Velar modelinin xarici görünüşü bu markanın avtomobillərinə xas olan dizayn üslubunda hazırlanmışdır. Bununla belə, yeni avtomobil daha hamar və yumçaq xəttlərə, daha alçaq və maili tavana malikdir. Bundan başqa, Range Rover Velar modeli Matrix-Laser LED texnologiyalı fənərlərlə təchiz edilir.

Digər maraqlı bir dizayner həlli isə qapı paneli ilə eyni səthi təşkil edən qapı dəstəkləridir.  

Bu dəstək qapıdan bütövlükdə çıxır. Lakin, Range Rover Velar modelinin əsas diqqət yetiriləsi hissəsi onun salonudur. Burada demək olar ki, sensorlu ekranlar hökm sürür. Mərkəsi konsolda yerləşmiş sensorlu displeylərdən birincisi məlumat-əyləcə kompleksinin, digər 10-düymülük ekran isə klimat-kontrolun, Terrain Response və digər əlavə avadanlığın funksiyalarına nəzarət imkanı verir. Sensorlu düymələr avtomobilin sükan çarxında da mövcuddur.  Avtomobilin təchizatına yeni növ proyeksiya displeyi, həmçinin çoxsaylı aktiv və passiv təhlükəsizlik sistemləri daxil edilmişdir. Əlbəttə ki, avtomobilin salonun tərtibatı üçün ən bahalı materiallardan istifadə edilir. Range Rover Velar modeli Almaniyada 56400 avrodan başlayan qiymətlərlə təklif ediləcəkdir. Xüsusi tərtibata malik olan məhdud tirajlı First Edition modifikasiyası isə 108750 avroya başa gələcəkdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt