Bu gün Dacia şirkəti rəsmi olaraq yenilənmiş Dokker və Lodgy modellərini təqdim etmişdir. Xatırladaq ki, yenilənmiş avtomobillər Dacia şirkətinin keçən ilin yazında təqdim etdiyi Logan və Sandero modelləri ilə eyni platformanı bölüşürlər.

Rumıniyalı istehsalçının mətbuat xidmətinin verdiyi məlumatda restaylinq keçmiş kompaktvenlərin yeni ön fənərlər və dəyişdirilmiş radiator barmaqlığını əldə etdiyi bildirilmişdir. Eyni zamanda avtomobilin arxa hissəsində də dəyişikliklər vardır: söhbət baqaj bölümünün yeni qapısından, arxa bamper və fənərlərdən gedir. Dokker və Lodgy modelləri standart olaraq arxa görüntü kamerası və müasir məlumat-əyləncə sistemi ilə təchiz edilir.

Avtomobillər 115 at qüvvəli benzin mühərriki, həmçinin 75 və 100 at qüvvəli 1,6-litrlik dizel mühərriki ilə təklif edilirlər.

Image alt Image alt Image alt Image alt Image alt