Hindistanın Mahindra Group korporasiyası məşhur italyan dizayn-atelyesi Pininfarinanın yeni sahibidir. Bu haqda qrupun rəsmi veb-səhifəsinə açıqlama dərc olunmuşdur. Pininfarinanın səhmlərinin nəzarət paketi qrupun tərkib hissəsi olan Tecj Mahindra və Mahindra&Mahindra şirkətləri tərəfindən əldə edilmişdir. Bloomberg agentliyinin dediyinə görə, hindlilər Pininfarinanın səhmlərinin 76,06 faizinə 168 milyon avro ödəyərək sahib olmuşlar.

Əldə edilmiş səhmlərin 60 faizinə Tec Mahindra, 40 faizinə isə Mahindra&Mahindra malikdir.  Bundan əvvəl, Pininfarina atelyesi  Pincar S.r.l. şirkətinə məxsus olmuşdur. Deyilənlərə görə hind şirkəti atelyenin hər səhminə görə 1,1 avro pul ödəmişdir. HindlilərPininfarina şirkətinin tam sərbəstliyini təmin edəcəklərinə söz vermişdirlər.

Pininfarina dizayn atelyesi 1930-cu ildə Battista «Pinin» Farina tərəfindən yaradılmışdır. Atelye əsasən italyan istehsal; olan avtomobillərin dizaynı ilə məşğul olmuşur.

Misal olaraq,  Ferrari 250 GT, Fiat 124 Sport Spider, Ferrari Testarossa və Alfa-Romeo Breranı göstərmək olar.