"AvtoVAZ" şirkəti özünün 50 illik yubileyinə həsr etdiyi Lada Vesta sedanının və Lada XRay hetçbekinin xüsusi modifikasiyalarını hazırlamışdır. Xüsusi seriyadan olan avtomobillər 500 ədədlik məhdud sayda tirajla buraxılacaqdır. Xüsusi modifikasiya bu avtomobillərin top-variantlarının əsasında hazırlanmışdırlar və eksteryerlə salonun xüsusi tərtibatına malikdirlər.

Xüsusi seriyadan olan avtomobillər eksklyuziv parlaq qırmızı "Serdolik" rənginə boyanacaq, qara rəngli dama, arxa görüntü güzgülərinin gövdələrinə, qapı dayaqlarına, həmçinin, qara-gümüşü rəngli 16 düymlük təkər disklərinə malik olacaqdırlar.

Bundan başqa, bu avtomobilləri baqaj qapağında və arxa dayaqlarda bərkidilmiş "50" rəqəmi olan emblemlərlə seçmək olar.

Avtomobillərin oturacaqları qara-qımızı rəngli parça və alkantara ilə üzlənəcək, onların kürək hissəsində "50" rəqəmi tikiləcəkdir. Qara dəri ilə örtülmüş və qırmızı sapla tikişləri olan sükan çarxında hər bir avtomobilin fərdi nömrəsini əks etdirən lövhəcik quraşdırılacaqdır.

Xüsusi Lada Vesta və XRay modelləri 106 at qüvvəsi gücü olan 1,6-litrlik benzim mühərriki ilə hərəkətə gələcəkdirlər. Güc aqreqatı beş pilləli mexaniki və ya robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışacaqdır. Avtomobillərin hər bir alıcısı, əldə etdiyi avtomobilin xüsusi seriyaya aid olmasını təsdiq edən sertifikatla təmin ediləcəkdir.

Xüsusi seriyadan olan Lada Vesta 735 min rubla (16900 manat) təklif ediləcəkdir. "Robotla" təchiz edilmiş Vesta modeli üçün 760 min rubl (17450 manat) tələb ediləcəkdir.

XRay modeli isə, müvafiq olaraq 799 min (18370 manat) və 829 min rubla (19060 manat) satılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt