Nissan şirkəti növbəti nəsil Leaf elektrokarının ilk tizerini dərc etmişdir. Yeni Nissan Leaf modelinin kütləvi təqdimat mərasimi sentyabr ayında keçiriləcək Frankfurt avtosalonunda baş tutacaqdır

Yeni Leaf elektromobili haqqında məlumat hələlik azdır. Növbəti nəsil Leaf modelinin dolu batareyalarla 400 kilometr məsafə qət etməyə şərait yaradan yeni batareyalar dəsti ilə təchiz ediləcəyi məlum olanlardandır. Həmçinin modelin modifikasiya çeşidinin də genişləndiriləcəyi ehtimal edilir. Bu modifikasiyalar bir-birindən yürüş məsafəsi, dinamikası və müvafiq olaraq qiymətləri ilə seçiləcəkdir.

Nissan Leaf modeli 2010-cu ildən istehsal edilir. Hetçbek 109 at qüvvəli elektrik mühərriki ilə təchiz edilir və 30-kilovatlıq batareyalarla komplektləşdirilmiş elektromobil 250 kilometr yürüş etmək imkanına malikdir. Bu günə qədər yapon istehsalçısı 260 minə qədər Leaf modelini satmışdır. Onların ümumi yürüşü üç milyard kilometr edir.