Şkoda şirkəti 2017-ci ilin ərzində təklif etdiyi mühərrik çeşidini genişləndirməyi planlaşdırır. Çexiyalı avtomobil istehsalçısı Volkswagen Golf modelindən tanış olan 1,5-litrlik TSI mühərrikini yenilənmiş Octavia ailəsinin mühərrik çeşidinə daxil etməyi planlaşdırır

Çex brendinin rəsmi nümayəndələrinə istinad edən «Auto Express» nəşri 1,5-litrlik turbomühərriklə təchiz edilmiş Şkoda Octavia modellərinin cari ilin ikinci yarısında buraxılacağını bildirmişdir. Lakin, belə mühərriklə təchiz edilmiş avtomobillərin hansı bazarlarda satılacağı bildirilməmişdir. Silindrlərin söndürülməsi sisteminə malik olan 1,5-litrlik turbomühərrikin çex istehsalçısının mühərrik çeşidində 1,4-litrlik güc aqreqatını əvəzləyəcəyi bildirilmişdir. yeni mühərrik iki güc variantında - 130 və 150 at qüvvəsi, - ilə təklif ediləcəkdir. Bununla belə, yeni mühərrikin sələfindən daha qənaətcil olacağı da söylənilir. Belə ki, 1,5-litrlik turbomühərrik 100 kilometrə müvafiq olaraq 4,6 və 4,9-litr yanacaq sərf edəcəkdir.