May ayının son günündə şəhər üzrə avtomobil sifarişi üçün mobil əlavə hazırlayan «Uber» beynəlxalq texnologiya şirkətinin nümayəndəsi Aleksey Stax Hyatt Regence otelində təşkil edilmiş mərasimdə şirkətin keçən il ərzində göstərdiyi fəaliyyətinin yekunları barədə kütləvi informasiya vasitələrinin nümayəndələrinə məlumat vermişdir. 2015-ci ilin aprel ayından mobil əlavənin istifadəyə verilməsindən sonra «Uber» paytaxtımızın nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilmışdır.

«Uber» mobil əlavəsi yerli bazarda istifadəyə verildiyi dövrdən etibarən Bakıda bu xidmətdən yarım milyondan artıq insan yararlanıb ki, bunlar həm Bakı sakinləri, həm də istirahətə və ya işgüzar səfərə gələn turistlərdir. Bu isə Azərbaycan paytaxtının hər dördüncü sakini deməkdir. Bakının 60 mindən artıq sakini tətbiqi yükləyərək şəhər ərazisində sözügedən xidmətdən fəal istifadə edir. Misal üçün Bakı Olimpiya Stadionu tam dolduqda burada keçirilən futbol matçlarını və ya digər idman yarışlarını məhz bu qədər tamaşaçı izləməyə gəlir. Əlavənin istifadəyə verildiyi andan «Uber» istifadəçilərinin qət etdikləri məsafə bir milyon kilometrdən çox təşkil eib ki, bu da Yer kürəsindən Aya qədər olan məsafədən təxminən üç dəfə çoxdur.

Bu nəticələr «Uber»in şəhər ərazisində avtomobil ilə hərəkət etmək üçün ən əlçatan vasitəsinə çevrilməsi ilə əlaqədardır. Son aylar ərzində «Uber» Bakıda fəaliyyətinin effektivliyini artıra bilib və qiymətləri 20% endirib. İndi Bakıda «Uber»lə gediş tarifləri belə olcaq: avtomobilin ünvana çatdırılması – 0,55 AZN, hər kilometrə görə – 0,34 AZN və qət olunan məsafənin hər dəqiqəsinə görə – 0,02 AZN. Eyni zamanda hava limanına gediş də yeni müəyyən edilmiş tariflərlə hesablanır – 7 AZN və hava limanı ərazisinə daxilolmağa görə 1 AZN. “Uber” – Bakının elə yerlərindəndir ki, burada bank kartı ilə ödəniş etmək mümkündür.

Bakıda xidməti istifadəyə verdiyi andan “Uber” sistemdəki tərəfdaş sürücülərin sayını xeyli artırıb, bununla yanaşı şirkət avtomobilin sifariş olunan ünvana çatdırılma vaxtını 8 dəqiqədən 5 dəqiqəyə azaldaraq istifadəçilərin etibarını qazanıb. «Son bir neçə il ərzində Bakı şəhəri sürətlə inkişaf edib – müasir binalar və idman tikintilərdən başqa Azərbaycan paytaxtını yaşayış üçün daha rahat edən yeni texnoloji həllər meydana çıxır. «Uber» şəhərin yeni zahiri görünüşü ilə çox tez uzlaşaraq ictimai nəqliyyatın ayrılmaz hissəsinə və şəxsi avtomobilin real alternativinə çevrilib», - deyə «Uber»in MDB ölkələri üzrə regional meneceri Aleksey Stax bildirib.