Bu gün Audi şirkəti bayraqdar modeli olan A8 modelinin növbəti nəslinin təsvir edildiyi videoçarxı yaymışdır. Kiçik videoçarxda istehsalçı yeni avtomobilin eksteryer və interyerinin bir hissəsini nümayiş etdirmişdir. Bundan əlavə, avtomatik dayanacaqda durma sistemi də göstərilmişdir.

Videçarxdan da göründüyü kimi, yeni nəsil Audi A8 modeli Prolougue Concept konseptinin üslubunda hazırlanmış nazik formalı işıq texnikasına və radiator barmaqlığına sahib olmuşdur. Bayraqdar sedanın salonunda yeni sükan çarxını, rəqəmsal cihazlar panelini və yeni mərkəsi konsolu müşahidə etmək olar.

İnteryerin tərtibatında ağac, alüminium və xromdan istifadə edilmişdir.

Artıq məlum olduğu kimi, yeni Audi A8 modeli iyul ayının 11-də Barselonada keçiriləcək xüsusi tədbirdə təqdim ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt