Volkswagen şirkəti növbəti nəsil Polo hetçbekinin yeni tizerlərini dərc etmişdir. Tizerlərdə avtomobilin işıq texnikası təsvir edilmişdir. Təsvirlərdən də göründüyü kimi, işıq texnikası gündüz hərəkət işıqlarının LED-xəttlərinə malikdir və böyük ehtimalla tamamilə işıqdioadlarında hazırlanmışdır.

Yeni nəsil Volkswagen Polo modeli yeni Seat Ibiza hetçbakinin istehsalında istifadə edilən modul platformasında hazırlanmışdır.

Yeni Polo’nun sələfindən 70 kiloqram yüngül olacağı, onun təkər bazasının isə 90 millimetr artacağı söylənilir. Bundan başqa, Polo ailəsinin üç qapılı kuzov ilə buraxılmayacağı da elan edilmişdir. Bu modelin əvəzinə yolsuzluq üçün nəzərdə tutulmuş variant istehsal ediləcəkdir. Polo modelinin mühərrik çeşidinə 1,0-litrlik üç silindrli mühərrik, 1,5 və 2,0-litrlik dörd silindrli aqreqatlar daxil ediləcəkidir. Eyni zamanda, 1,6-litrlik dizel mühərrikinin də təklif ediləcəyi bildirilmişdir. Mühərriklər mexaniki və robotlaşdırılmış ötürmə qutuları ilə təchiz ediləcəkdirlər. Növbəti nəsil Polo modelinin üzərindəki sirr pərdəsi 16 iyunda götürülməlidir.

Onun kütləvi təqdimatı isə, sentyabrda keçiriləcək Frankfurt avtosalonunda baş tutacaqdır.