Acura şirkəti Nyu-Yorkda yenilənmiş TLX sedanını təqdim etmişdir. Model yeni zahiri görünüşə və istifadə edilən avtomobil texnologiyalarının geniş siyahısına sahib olmuşdur.

Sedanın dizaynı əsas elementi qalın xrom haşiyəli iri radiator barmaqlığı olan yeni firma üslubunda hazırlanmışdır.

İlk dəfə bu barmaqlıq Orecision konsept avtomobilində nümayiş etdirilmiş, sonradan isə yenilənmiş MDX krossoverində debüt etmişdir. Acura TLX eyni zamanda A-Spec adlı «idman» modifikasiyasına da sahib olmuşdur. Yeni modifikasiya gənc müştəriləri yapon markasının səflərinə cəlb etməlidir. «Idman» modifikasiyası xüsusi ön bamperi, arxa diffuzoru, buraxılış sisteminin iri boruları, baqaj qapağındakı spoyleri və 19-düymlük qara diskləri olan daha aqressiv görünüşlə seçiləcəkdir.

Bundan başqa, A-Spec variantı üçün daha sərt xarakteristikaları olan idman asmasını və tənzimləmələrinə yenidən baxılmış sükan sistemini əldə edəcəkdir. Bu modifikasiya həm arxa, həm də tam çəkiş sistemi və yalnız V6 mühərriki ilə təchiz olunacaqdır. 

Bununla belə, bu mühərrikin hansı mühərrik olacağı bildirilməmişdir. Şaiyələrə görə, bu 3,0-litrlik mühərrik olacaqdır. Bu günə qədər TLX 290 at qüvvəli 3,5-litrlik V6 mühərriki və doqquz pilləli «avtomatla» təchiz edilirdi. Acura TLX modelinin mühərrik çeşidinə 208 at qüvvəli 2,4-litrlik dörd silindrli mühərrik də daxil ediləcəkdir.

Yenilənmiş Acura TLX təkmilləşdirilmiş multimedia sistemini əldə etmişdir ki, yeni sistemin interfeysi 30% daha yeyin işləyir. Bundan başqa, model adaptiv kruiz-kontrol, öndən toqquşmaları xəbərdar edən sistem və zolarlara nəzarət funksiyası ilə təchiz edilir. Yenilənmiş Acura TLX modelinin ABŞ-dakı satışlarına iyun ayında başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt