Audi şirkəti bu gün işinə başlamış Nyu-York avtosalonunda R8 modelinin Audi Sport adlı xüsusi versiyasını rəqdim etmişdir. Audi Sport subbrendin yaradılmasının şərəfinə xüsusi seriyadan olan 200 avtomobil buraxılacaqdır.

Audi Sport seriyasından olan bütün sportkarlar gümüşü rəngli kuzova, həmçinin parlaq qırmızı elementlərə və parlaq qara işləmələrə malik olacaqdırlar.

Sportkarlar öndə 245/30, arxada isə 305/30 ölçülü şinləri olan 20-düymlük təkər diskləri ilə təchiz ediləcəkdirlər. Avtomobillərin salonunda “Audi Sport” sözləri həkk edilmiş işıqlanan kandar lövhələrini, salonun qara-qırmızı rəngli tərtibatını, oturacaqlardakı

“R8” emblemlərinı və  seçilən tikişləri, həmçinin karbon elementləri görmək mümkündür. Xüsusi seriyadan olan Audi R8 modellərinin satışlarına bu ilin yay aylarında başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt