İnfiniti şirkəti Nyu-York avtosalonunda nümayiş etdirəcəyi QX Monograph konseptual ofroderini təqdim etmişdir. Yeni konsept növbəti nəsil İnfiniti QX80 seriya avtomobilinin carçısıdır.

Prototip İnfiniti şirkətinin Asuqi (Yaponiya) şəhərindəki dizayn-studiyasında hazırlanmışdır. Konseptin zahiri görkəmi, keçən ilin aprelində Pekində təqdim edilmiş QX Sport Inspiration prototipinin üslubunda hazırlanmışdır.  Yapon şirkətindən bildirildiyinə görə, yeni konsept «premium krossoverlər seqmentindəki gələcək inkişaf istiqamətini» nümayiş etdirir. Növbəti nəsil İnfiniti QX80 ofroderi səkkiz silindrli mühərrikdən məhrum olacaqdır. Onun yerini altı silindrli turbomühərrik tutcaqdır. Hazırda bu mühərrik Q50 və Q60 sedanlarına quraşdırılır. Mühərrik variantından asılı olaraq 300 və 405 at qüvvəsi təklif edir.

Azərbaycan bazarında cari nəsil QX80 modeli 5,6-litrlik V8 mühərriki və 7-pilləli avtomatik ötürmələr qutusu ilə, həmçinin Exellence və Luxury təchizat səviyyələrində təklif edilir.