"Reuters" agentliyinin mənbələrinin məlumatına görə PSA Peugeot Citroen və General Motors konsernləri Opel şirkətinin fransız qrupuilə birləşməsi haqqında danışıqlar aparırlar.

PSA Peugeot Citroen qrupunun daxilindəki mənbə danışıqların mövcudluğu faktını təsdiqləmiş və şirkətlər arasında əməkdaşlığın daha da gücləndirilməsi barədə müzakirə etdiklərini bildirmişdir. Ehtimal edilir ki, bu sövdələşmənin imzalanması barədə məlumat yaxın günlərdə elan ediləcəkdir. Bildiyimiz kimi, 2012-ci ildə General Motors konserni və PSA Peugeot Citroen qrupu əməkdaşlıq barədə müqavilə imzalamışdırlar. Avtomobil istehsalçılarının planlarında konsernin və qrupun Avropa bazarında mövqelərin möhkəmləndirilməsi üçün birgə çalışması nəzərdə tutlurdu. Söhbət Peugeot, Citroen və Opel markaları üçün birgə modellərin hazırlanmasından gedirdi. Belə birgə layihələrdən biri Crossland X modeli olmuşdur ki, bu model də Opel şirkətinin model cərgəsində Meriva minivenini əvəz edəcəkdir. Krossover  PSA Peugeot Citroen qrupunun hazırladığı platformada yığılmışdır. Bu şassi gələcək Peugeot 2008 və Citroen C3 Picasso modellərinin növbəti nəsillərinin əsasını təşkil edəcəkdir.