Renault şirkətinin istehsal etdiyi avtomobillərin «qaynar» modifikasiyalarını hazılayan RenaultSport bölməsi yaxın vaxtlarda təqdim ediləcək naməlum «yeni avtomobilin» tizerini dərc etmişdir. Tizer şirkətin rəsmi Facebook səhifəsində yayınlanmışdır. Yeni avtomobilin hansı sinifə mənsub olduğu barədə heç bir rəsmi məlumat verilməmişdir. Çpx güman ki, fransız şirkəti Twingo yığcam hetçbekinin «qaynar» variantı olacaqdır. Sələfinə nisbətən yeni avtomobil RS deyil GT adlandırılacaqdır.

Söylənilənlərə görə, yeni «qaynar» hetçbek 109 at qüvvəsi olan 0,9-litrlik üç silindirli turbomühərriklə təchiz ediləcəkdir. Xatırladaq ki, belə güclü üç silindirli mühərrik ilə Brabus atelyesi tərəfindən hazırlanmış Smart avtomobillərinin «qaynar» variantları təklif edilir.

Əlavə olaraq, bildirmək gərəkdir ki, Smart avtomobilləri və Renault Twingo modeli Daimler və Renault şirkətlərinin birgə məhsulu olan platformanı bölüşürlər. Bu modellərin komponentlərinin 70 faizi ümumidir.

RenaultSport bölümünün hazırladığı sonuncu avtomobil Clio modelinin ekstremal variantı olan RS16 modifikasiyası olmuşdur. «qaynar» hetçbek 275 at qüvvəsinə malik olan mühərriklə, Megane RS modelindən alınmış ön asqı və Clio modelinin ralli üçün hazırlanmış variantının arxa asqısı, güclü əyləc sistemi və tənzimlənən amortizatorları ilə təchiz edilmişdir.