“Rolls-Royce Motor Cars” şirkəti İtaliyanın Sardiniya adasındakı dəbdəbəli Porto-Çervo kurortunda “Bespoke” kolleksiyasına aid olan iki yeni modeli nümayiş etdirmişdir. Rolls-Royce Wraith kupesi və Dawn kabrioletinin əsasında hazırlanmış xüsusi modellərin "Qürubdan şəfəqədək" adını almış təqdimatı mərasimi Britaniya istehsalçısının Sardiniya adasında yerləşən "Yay studiyasında" keçirilmişdir.

"Bespoke" seriyasından olan kupe və kabrioletin əsas xüsusiyyəti zümrüd və sədəfdən hazırlanmış və qızılla haşiyələnmiş emblemin mövcud olmasıdır. Rolls-Royce Wraith kupesinin kuzovu gümüşü rənginin iki çalarına boyanmış və bənövşəyi xəttlərlə bəzədilmişdir. Britaniyalı mütəxəssislər kuzovun rəngləri axşam səmasını xatırlatmalıdır. Dəbdəbəli kupenin interyerinin tərtibatında dəvəquşu dərisindən və tik ağacından (hind palıdı) istifadə edilmişdir ki, salonda müşahidə etdiyimiz göy, bənövşəyi, boz və qara çalarlar günəşin qürub etdiyi anları əks etdirir. 

Yaşıl parlaq rəngə boyanmış Rolls-Royce Dawn kabrioleti isə, kupenin əksinə olaraq daha çox günəşli havadan həzz almaq üçün hazırlanmışdır. Modeli digərlərindən fərqləndirən xüsusiyyətin isə, zümrüd, sədəf və ağ qızıldan hazırlanmış emblemin olmasıdır.

“Rolls-Royce Motor Cars” şirkətinin “Future Retail” bölməsinin baş meneceri İzabel Dando qeyd edib: “Bizim markanın pərəstişkarlarına dünyanın ən tanınmış kurortlarında belə rast gəlmək olar. Sardiniya adasındakı məftunedici Kosta-Smeralda sahili Rolls-Royce markasının "Yay studiyası" üçün ideal bir məkandır. Porto-Çervo kurortunun inanılmaz mənzərələri və rənglərindən ilham alaraq hazırladığımız valehedici Wraith və Dawn modelləri müştərimizin rəğbətini qazanacağından əminəm”. “Rolls-Royce Motor Cars” şirkətinin Porto-Çervo kurirtunda yerləşən "Yay studiyası" 2016-cı ilin sentyabr ayınadək fəaliyyət göstərəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt