Volkswagen şirkəti Paris avtomobil salonunda nümayiş etdirəcəyi elektrik konsept avtomobilinin ilk tizerlərini dərc etmişdir. Tamamilə elektik mühərriklərinin vasitəsi ilə hərəkətə gələcək seriya avtomobilinin 2019-cu ildə təqdim ediləcəyi də bildirilmişdir.

Öz qabaritlərinə görə bu avtomobil Golf modelinə bənzəsə də, alman mütəxəssisləri onun salonun genişliyinin Passat modeli ilə eyni olacağını iddi edirlər. Tam dolu batareyalarla elektrokar gün ərzində 400 – 480 kilometr arasında məsafə qət edə biləcəkdir. Alman istehsalçısının başçısı Mattias Müllerin sözlərinə görə, avtomobil batareyaların ehtiyatını 15 dəqiqəyə bərpa edən mütərəqqi qidalanma sistemi təchiz ediləcəkdir. Bu modelin ardınca bayraqdar model olan Phaeton modelinin növbəti nəsli və elektrik krossoveri buraxılacaqdır. Phaeton modelinin də elektrik güc aqreqatı ilə təchiz edilən modifikasiyasının olacağı da bildirilmişdir.  

2025-ci ilə kimi Volkswagen şirkətinin model cərgəsində 30 elektokarın olacağı bildirilmişdir. Alman konserninin satışlarının 25 faizini elektrokarlar təşkil etməlidir.

Bu məqsədlə alman istehsalçısının akkumulyatorlar buraxılacaq  zavoda 10 milyard avro sərmayə qoyacağı söylənilmişdir. 

Image alt Image alt Image alt