Volvo şirkəti bu gün, XC40 krossoverinin və V40 hetçbekinin yeni nəslinin carçısı olan 40.1 və 40.2 adlandırdığı iki yeni konsepi təqdim etmişdir. Konseptlərin ilk nümayişi İsveç şirkətinin mənzil-qərargahının yerləşdiyi Göteborq şəhərində keçirilmişdir. Konseptlər Volvo şirkətinin Geely şirkəti ilə birgə hazırladıqları CMA (Compact Modular Architecture) adlı modul platformasında hazırlanmışdırlar.

40-cı seriyanın gələcək avtomobilləri də bu platformada istehsal ediləcəkdirlər. Bu platformada çoxlu sayda yığcam avtomobillərin istehsal edilməsi nəzərdə tutulur ki, bunların sırasında krossover və hetçbekdən başqa, sedan və universal kuzovlu avtomobillər də olacaqdır.

Konseptual krossover tərkibinə 1,5-litrlik üç silindirli turbomühərrik və iki elektromotor daxil olan hibrid güc qurğusu ilə təchiz edilmişdir. Güc qurğusu yeddi pilləli «robotla» birgə çalışır. Hibrid aqreqatın ümumi gücü 300 at qüvvəsi təşkil edir. Krossoverdən fərqli olaraq hetçbek tamamilə elektrik mühərriki ilə hərəkətə gəlir. Tam dolu batareyalarla avtomobil 350 kilometr məsafə qət etmək iqtidarındadır.

Volvo XC40 krossoverinin 2017-ci ildə işıq üzü görəcəyi ehtimal olunur. Sonradan 40-seriyası ailəsinin digər üzvüləri də təqdim ediləcəkdir. Qırxıncı seriyadan olan yığcam avtomobillərin istehsalı Belçikanın Hente şəhərində həyata keçiriləcəkdir. Bundan başqa, Volvo rəhbərliyi avtomobillərin istehsalını Çində də həyata keçirmək fikrindədir.

Yeni modellər standart olaraq 200 at qüvvəi gücü olan 1,5-litrlik üç silindirli turbomühərriklə təchiz ediləcəkdirlər. Yığcam modellərin mühərrik çeşidinə dörd silindirli  dizel mühərrikinin də daxil ediləcəyi bildirilmişdir.

Çox güman ki, bu seriyadan olan avtomobillər hibrid və elektrik güc aqreqatları ilə təchiz ediləcəkdir.

Bir müddət bundan əvvəl, Volvo şirkəti 2019-cu ildə yürüş məsafəsi 500 kilometr olan elektrokarı buraxacağını bəyan etmişdir. İsveçlilər 2025-ci ilə hibrid və elektrik avtomobillərinin istehsalını bir milyona çatdırmaq fikrindədirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt